ABŞ-ın yeni prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllində “az irəliləyiş” olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, o, bunu Florida ştatındakı Mar-a-Laqo mülkündə çıxışı zamanı deyib.
"Biz bildiyiniz kimi, İsraildə və Yaxın Şərqdə girovların qaytarılmasına kömək etməkdə çox fəalıq. Bunun üzərində çox işləyirik. Biz Ukraynadakı bu dəhşətli müharibəni dayandırmağa çalışırıq. Biz bir az irəliləyiş əldə edirik”, - Tramp bildirib. Lakin o, heç bir təfərrüat verməyib.
Dekabrın 7-də Tramp seçkilərdə qalib gəldikdən sonra ilk dəfə Vladimir Zelenski ilə görüşüb. “Reuters”in məlumatına görə, Kiyev rejiminin rəhbəri münaqişə bitdikdən sonra Qərbin Ukraynaya təhlükəsizlik zəmanəti verməsini təkid edib və Tramp da öz növbəsində dərhal atəşkəsə nail olmaq və danışıqlara başlamaq istədiyini təkrarlayıb.