19:21
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Demokratik Suriya Qüvvələri” kürd silahlı koalisiyası “hərtərəfli və konstruktiv milli dialoqa” başlamaq üçün ölkə daxilində hərbi əməliyyatların dayandırılmasını təklif edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Kürd Muxtariyyətinin Rəqqa şəhərində keçirilən mətbuat konfransında bəyanat qəbul olunub.

Bəyanatda bildirilir ki, Suriya cəmiyyətindəki bütün qüvvələr birləşməli və dialoq yolu ilə müasir dövlət quruculuğuna yol açacaq keçid dövrünün yol xəritəsi birgə hazırlanmalıdır.

Kürdlər Suriyadakı siyasi qüvvələrinin iştirakı ilə Dəməşqdə fövqəladə toplantı keçirməyi təklif edirlər.

Onlar həmçinin Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına qarşı çıxıblar və Ankaraya qarşı birgə mübarizənin aparılmasını təklif ediblər.

Qeyd edək ki, Suriyanın 25%-i Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) nəzarətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər