19:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada hərbi komissarlığın yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Teleqraf.com TASS.ru-ya istinadən xəbər verir ki, Ukrayna məhkəməsi Dnepr şəhərinin (keçmiş Dnepropetrovsk) mərkəzindəki hərbi komissarlığın binası yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən şəxsi iki ay müddətinə həbs edib.

Ukrayna Baş Prokurorluğunun Telegram-kanalında dərc olunmuş mesaja görə, Dnepropetrovsk vilayətinin 37 yaşlı sakini bir nəfərin ölümü ilə nəticələnən terror aktı törətməkdə ittiham olunur.

Şübhəli barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 14-də Dnepr şəhərinin mərkəzində hərbi komissarlığın binasının yaxınlığında partlayış baş verib. Rəsmilərin məlumatına görə, partlayış nəticəsində ikisi polis əməkdaşı olmaqla bir nəfər ölüb, üç nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər