17:09
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Ağac Emalı” ASC-nin vergi borcu 248 216.97 manata çatıb.

Teleqraf.com xəbər verir ki, ASC 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 679 574 manatdır və qanuni təmsilçisi Natiq Əkbərovdur. Onu da nəzərə çatdıraq ki, 2025-ci il yanvarın 30-da “Bakı Ağac Emalı” ASC-nin səhmdarlarının ümumi yığıncağı planlaşdırılır. Yığıncağın gündəliyinə cəmiyyətin 2024-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, nizamnaməsinə əlavə və dəyişikliklərin edillməsi, idarəetmə orqanlarının formalaşdırilması məsələlərinin müzakirəsi daxildir. Yeri gəlmişkən, toplantıda cəmiyyətin yerləşdiyi ərazinin icarəyə götürülməsi və ya özəlləşdirilməsi məsələsi də masada olacaq.

Xatırladaq ki, bu ilin yanvarın 15-də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə ilə bağlı aparılan istintaq ərəfəsində ASC-nin sahibi 1962-ci il təvəllüdlü Tağı İbrahimovun külli miqdarda vergini ödəməkdən yayınmasına dair əsaslı şübhələr müəyyən edilmişdi.


Müəllif: İqtisadiyyat şöbəsi

Oxşar xəbərlər