Fransa xarici işlər naziri Jan-Noel Barro Brüsseldə keçirilən Avropa İttifaqı Xarici İşlər Şurasının toplantısına gedərkən Ermənistana dəstək açıqlaması verib.
Teleqraf.com xəbər verir ki, fransalı nazir ölkəsinin Ermənistana çox bağlı olduğunu deyib.
“Mən Avropa İttifaqını Fransanın çox bağlı olduğu ölkə ilə münasibətlərini inkişaf etdirməyə çağırıram. Biz bir daha Ermənistana güvən verəcək bütün dəstəyi verməliyik”, - Barro bildirib.