“Gürcüstandakı hazırkı vəziyyətin obyektiv qiymətləndirilməsinə çağırırıq. Sanksiyaların tətbiqi ilə Gürcüstanın daxili işlərinə istənilən müdaxilə cəhdi bizim üçün qırmızı xətdir”.
Teleqraf.com xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso Avropa Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib.
O, həmçinin Slovakiyanın Avropa İttifaqının genişləndirilməsini dəstəklədiyini qeyd edib.