Avropa İttifaqı Rusiyanın Xalq artisti Larisa Dolinanı sanksiya siyahısına əlavə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Aİ-nin qərarında bildirilir ki, sanksiyalar digər məsələlərlə yanaşı, Dolinanın Rusiyanın Ukrayna ərazisindəki xüsusi əməliyyatına dəstəyinə görə tətbiq edilir.
Qeyd edək ki, 2023-cü ilin fevralında Kanada və Ukrayna da müğənniyə qarşı sanksiyalar tətbiq edib.