Tramp Bayden administrasiyasının Ukraynanın Rusiya dərinliklərinə zərbələr endirmək üçün ABŞ silahlarından istifadəsinə icazəsini ləğv etmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Tramp bu barədə Mar-a-Laqodakı iqamətgahındakı mətbuat konfransında bildirib.
O Ukraynanın ABŞ raketləri ilə Rusiyanın yüzlərlə mil dərinliyinə endirdiyi zərbələrin qəbuledilməz olduğunu bildirib.
"Raketlərin yüzlərlə mil məsafədən Rusiyaya göndərilməsi ilə qəti şəkildə razılaşmıram. Biz bunu niyə edirik? Biz sadəcə olaraq bu müharibəni alovlandırıb onu daha da pisləşdiririk?", - deyə Tramp bildirib