Rusiya üçün Suriyanın gələcəyini suriyalıların özlərinin müəyyən etməsi vacibdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
“Rusiya və Suriya xalqları arasında dostluq münasibətlərinin bundan sonra da konstruktiv şəkildə inkişaf edəcəyinə əminik”, - bəyanatda bildirilib.
Həmçinin qeyd olunub ki, Suriya dini mənsubiyyətindən asılı olmayaraq öz vətəndaşları üçün vətən olaraq qalacaq.