25 Dekabr 19:53
12 Punto 14 Punto 16 Punto 18 Punto

İpoteka kreditləri üzrə aylıq ödəniş illik müqayisədə 23,2 manat artıb.

Teleqraf.com xəbər verir ki, əgər ötən ilin noyabrında ipoteka kreditləri üzrə aylıq ödəniş 431,7 manat təşkil edirdisə, bu ilin müvafiq dövründə həmin rəqəm 454,9 manat olub.

Kreditlər üzrə orta faiz dərəcəsi 6.37 faiz təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 6.34 faiz idi.

Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 396,1 milyon manat kredit verilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,4 % azalaraq 418,9 milyon manat olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər