25 Dekabr 15:45
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Suriyadakı terror təşkilatlarını aradan götürməkdə qərarlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Başda İŞİD və PKK olmaqla terror təşkilatlarının başlarını əzməkdə qərarlıyıq. Separatçı cinayətkarlar ya silahları ilə təslim olacaqlar, ya da silahları ilə birlikdə Suriya ərazisində dəfn ediləcəklər. Kürd qardaşlarımızla aramıza divar çəkmək istəyən terror təşkilatını yox edəcəyik. Əlbəttə, terror təşkilatlarının hesabı olduğu kimi, bizim də hesabımız var. İmperialistlərin oyunlarını pozacağıq.

Dövlətimizin əlində olan bütün imkanlardan istifadə edərək, qarşıdakı dövrdə terrordan təmizlənmiş Türkiyə hədəfimizə çatacağıq”, - dövlət başçısı bildirib.

Ərdoğan Suriyada sülhün Türkiyə üçün ciddi məsələ olduğunu vurğulayıb:

“İŞİD həm Suriya, həm də bizim üçün məhv edilməli olan bir təhlükədir. Onlarla üz-üzə döyüşən yeganə NATO ölkəsiyik. Bu barədə heç kim bizə dərs verə bilməz. Digərləri üçün Suriyada sülh ikinci yerdə ola bilər, amma bizim belə bir lüksümüz yoxdur.

Suriya xalqının iztirablarla dolu mübarizəsi dekabrın 8-də qələbə qazandı. “Bəəs” rejimi devrildi, qorxaq Əsəd Suriyadan qaçdı. İndi bu ölkə üçün yeni səhifə açılıb. Türkiyə qan tökülməsinin qarşısını almaq üçün lazımi müdaxilələri etdi. Bu qələbə möhtəşəm nailiyyətdir. Suriya xalqı öz ölkəsini qırğınlardan qurtardı. Suriya xalqı öz gələcəyini təyin edəcək bir yola qədəm qoyub və biz buna şadıq. Hələbdə, Dəməşqdə, Homsda azad Suriya bayrağı ilə yanaşı dalğalanan öz bayrağımızı görəndə şad oluruq. Məzlum suriyalıların ümid dolu gözlərinə baxanda özümüzü xoşbəxt hiss edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər