25 Dekabr 17:40
12 Punto 14 Punto 16 Punto 18 Punto

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Miqrantlarla iş üzrə Nazirliyi Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan və xəsarət alanlarla bağlı Azərbaycana başsağlığı verib.

Bu barədə Teleqraf.com İordaniya XİN-in bu ölkənin Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində dərc edilmiş bəyanatına istinadən xəbər verir.

"Nazirliyin mətbuat katibi dr.Sufyan əl-Quda Azərbaycan hökumətinə və xalqına dəstək sözlərini ifadə edib. O, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb", - bəyanatda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər