“Gürcüstan Hava Yolları” aviaşirkətinin rəhbərliyi “AZAL”a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, aviadaşıyıcı hadisədə həlak olanların ailələrinə, “Azərbaycan Hava Yolları” şirkətinin rəhbərliyinə və əməkdaşlarına, Azərbaycan xalqına dərin hüznlə başsağlığı bildirib.
Şirkət aviaqəzada sağ qalanların tezliklə sağalmasını arzulayıb.