25 Dekabr 19:36
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Minsk konfransının bütün strukturları ləğv edilməlidir".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Minsk qrupu, yüksək səviyyəli planlaşdırma qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ məsələsinin həlli üzrə şəxsi nümayəndəsi vəzifəsi ləğv edilməlidir. Müvafiq qərarların qəbul edilməsinin optimal yolu bu qurumların ləğvi ilə bağlı Bakı və İrəvanın birgə təklifidir" - Zaxarova bildirib.

Zaxarovanın sözlərinə görə, Minsk qrupunun həmsədrləri olan amerikalılar və fransalılar 2022-ci ilin fevralından rusiyalı həmkarları ilə əlaqəni kəsiblər.

Rusiya XİN rəsmisi əlavə edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanması üzrə təsdiq edilmiş mandatı 2023-cü ilin sentyabrında yerlərdə vəziyyətin əsaslı şəkildə dəyişməsi ilə əlaqədar aktuallığını itirib.


Müəllif: Arzu

Oxşar xəbərlər