Suriyanın devrilmiş lideri Bəşər Əsəd bir neçə dəfə Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxlamağa cəhd edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Əsədin mətbuat xidmətinin rəhbəri Kamel Sakr bildirib.
Onun sözlərinə görə, Rusiya lideri ilə əlaqə saxlamaq mümkün olmayanda Əsəd özünü təcrid olunmuş və tək hiss edib.
Rusiya prezidenti ilə əlaqə saxlamaq cəhdləri dekabrın 4-5-də baş verib. Bundan bir neçə gün sonra paytaxt Dəməşq müxalifət tərəfindən azad edilib və Əsəd Rusiyaya qaçıb.