Suriyada 61 illik “Bəəs” rejiminin devrilməsindən sonra Rusiyaya qaçan Bəşər Əsədə aid Latakiyadakı sarayda araşdırma aparan təhlükəsizlik orqanları keçmiş hakim ailəyə aid diqqətçəkən əşyalar tapıblar.
Teleqraf.com xəbər verir ki, malikanədə axtarışlar zamanı məşhur argentinalı futbolçu Lionel Messinin imzası olan forma üzə çıxıb.
Messi formanın üzərində Əsədin oğlu Hafizə həsr olunmuş bu qeydi yazıb: “Hafiz Əsədə sevgilərimlə”.
Həmçinin Bəşər Əsədin Dəməşqdəki sarayında qızılla örtülmüş qutularda xüsusi hazırlanmış və bahalı hədiyyələr, Beynəlxalq Futbol Federasiyasının (FIFA) xüsusi mükafatları və Böyük Britaniyanın mərhum Kraliçası Elizabetin imzalı fotoşəkilinə qədər çoxlu dəbdəbəli əşyalar və qiymətli sənədlər də tapılıb.
Messi və Elizabetin imzalarının olduğu əşyalar Əsəd ailəsinin məşhurlarla əlaqələr qurmaq səylərinin nümunələri hesab olunur.