18:01
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qrenlandiya hakimiyyəti hələlik müstəqilliklə bağlı referendum keçirməyi planlaşdırmır.

Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın DR teleradio şirkəti məlumat yayıb.

“Qrenlandiya parlamentində müstəqillik tərəfdarı olan dörd partiyanın heç biri müstəqilliyə nail olmaq üçün zəruri olan referendumun nə zaman keçirilməsinə dair konkret planlara malik deyil”, - məlumatda deyilir.

Qrenlandiya Baş naziri Mute Eqede bundan əvvəl bildirmişdi ki, ada Danimarkadan asılı olduğu üçün xarici siyasət fəaliyyətini həyata keçirə bilmir.

Xatırladaq ki, ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bundan əvvəl Danimarkanı Qrenlandiyadan imtina etməyə çağırıb. Amerika lideri məqsədinə çatmaq üçün gələcəkdə hərbi gücdən istifadə imkanını da istisna eləməyib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər