14 Yanvar 19:05
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya tərəfi Ukrayna adlanan ölkə üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz indi Ukrayna adlanan ölkənin - Krım, Donbass və Novorossiyadan kənarda yerləşən və hələ özünü müəyyən etməmiş hissəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq”, - deyə Lavrov qeyd edib.

Lavrovun fikrincə, təhlükəsizliyin bu aspektində Avrasiya konteksti üstünlük təşkil edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər