ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluq Türkiyə üçün vacibdir.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Ankaranın Tramp administrasiyasının Rusiya- Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəklədiyini bildirib:
“Onun ikinci hakimiyyət dönəminin bütün dünya üçün xeyirli olmasını arzulayıram”.