20:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmaqla bağlı yekun qərarını verməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə krallığın iqtisadiyyat və planlaşdırma naziri Feysəl əl-İbrahim "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

“Biz əvvəl də çoxtərəfli platformalarda iştirak etməyə dəvət oldunduğumuz kimi BRİKS-ə qoşulmağa da dəvət olunduq. Tarixən biz qərar qəbul etməzdən əvvəl həmişə bütün aspektləri diqqətlə qiymətləndirmişik. İndi də bu prosesin ortasındayıq”, - deyə nazir bildirib.


Müəllif: Arzu