Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putinlə Slovakiyaya qaz nəqli məsələsi ilə bağlı telefon danışığı aparacağını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında danışıb.
"Ukrayna Slovakiyanın qazını kəsdiyinə görə, dedim ki, Rusiya ilə razılığa gələrək Slovakiyanın qaza olan tələbatını ödəyək. Allahın köməkliyi ilə bu addımı atacağıq və mən Baş nazirdən razılığını aldım. Mənim nazirim (Türkiyənin xarici işlər naziri Hakan Fidan) Sergey Lavrovla danışıqlar aparacaq. Mən də öz növbəmdə bunu həll etmək üçün bu həftə hörmətli cənab Putinlə danışacağam”, - Türkiyə lideri bildirib.