2 Mart 2015 00:48
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir hökuməti Qahirədən şimalda yerləşəcək yeni paytaxta köçəcək.

Teleqraf.com-un xarici KİV-ə istinadən məlumatına görə, hazırda təzə paytaxtın salınmasına lazım olan 65,33 milyard dollarlıq layihə ilə bağlı müqavilənin imzalanmasına dair Yaxın Şərqdən olan şirkətlərdən biri ilə danışıqlar gedir. Onun adı açıqlanmır.

Misirin ədliyyə naziri Əşrəf Salman qeyd edib ki, böyük ehtimalla, bu ay Şarm-əl-Şeyxdə keçiriləcək konfransda layihəyə “yaşıl işıq” yandırılacaq. Bundan sonra tikinti başlayacaq.

İlkin hesablamalara görə, təzə paytaxtın inşası 12 il çəkəcək. Şəhərin adı hələlik tam dəqiqləşməyib.


Müəllif:

Oxşar xəbərlər