Almaniyanın Drezden şəhərində “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGİDA) təşkilatı 20-cü nümayişini keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Altmarkt meydanında toplaşan təşkilat üzvləri yürüş təşkil ediblər. Yürüş zamanı "Biz xalqıq" və "Almaniya sevməyən Almaniyanı tərk etsin" şüarları səsləndirilib. Yürüşdə 5 min 500 nəfər iştirak edib.
Altmarkt meydanında çıxış edən PEGİDA-nın banisi Lutz Baçman növbəti aksiyanın aprelin 13-də baş tutacağını bildirib.
Digər tərəfdən Post meydanında yüzlərlə adam "tolerant və dünyaya açıq Drezden şəhəri" adlı aksiya keçirib. Aksiyaya 900 nəfər qatılıb. Baş verə biləcək insidentin qarşısını almaq üçün əraziyə minə yaxın polis işçisi cəlb olunub.
Yayılan məlumatlara görə, PEGİDA üzvlərinin yürüşü zamanı polislə toqquşmalar yaşanıb. Bəzi təşkilat fəalları polisi daşa basıb. Hadisələr zamanı 100 nəfərin saxlanıldığı bildirilib.
Samir