Əfqanıstanın cənub-şərqindəki Qəzni əyalətində azyaşlılar arasında kriket oyunu zamanı partlayış baş verib.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, partlayış zamanı ən azı 16 uşaq həyatını itirib. Onlarla azyaşlının isə yaralandığı bildirilib.
Polisin məlumatına görə, partlayıcı qurğu yaxınlıqdakı velosipedlərdən birinə yerləşdirilib.
Terror aktı yerli əhali arasında hiddət doğurub. Nümayişçilər yerli administrasiyanın binasını mühasirəyə alıb və hücumda günahkarların dərhal cəzalandırılmasını tələb edib.
Əfqan ekstremist qrupların heç biri partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Samir