29 Mart 2015 12:03
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fələstinlilərin paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq haqqı var”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Misirin Şarm eş-Şeyx şəhərində başlayan 26-cı Ərəb Birliyi Zirvəsinə qatılan ölkə liderlərinə göndərdiyi mesajında bildirib. Onun sözlərinə görə, Rusiya Fələstinin bu məqsədinə çatılmasına töhfə verməyə davam edəcək

Putin məktubunda həmçinin, Ərəb dünyasındakı problemlərin dinc yollarla və xarici müdaxilə olmadan həll edilməsi lazım olduğunu vurğulayıb.

Qeyd edək ki, Misirin ev sahibliyi etdiyi sammitə 21 ölkənin rəhbərləri və nümayəndələri iştirak edib.

Samir


Müəllif:

Oxşar xəbərlər