Əfqanıstanın Host şəhərində etiraz aksiyası zamanı partlayış baş verib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, partlayış zamanı 16 nəfər həyatını itirib, 40 dinc sakin yaralanıb. Şahidlər nümayişçilərin bölgə qubernatorunun özbaşınalığına etiraz əlaməti olaraq küçələrə çıxdıqlarını bildiriblər.
Hücumdan sonra şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Partlayışa görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Samir