4 Aprel 2015 20:48
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da porno saytının sədri kimi tanınan Kevin Bollaert həbs edilib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, o, şəxsi məlumatların oğurlanması və pul tələb etmək ittihamları ilə 18 illik həbs cəzasına məhkum olunub. Yayılan məlumatlara görə, Bollaert yerləşdirdiyi materialların silinməsi üçün 300 dollar müqabilində ödəniş istəyib.

Müttəhim qurbanların razılığı olmadan intim şəkillərin sayta yerləşdirildiyini etiraf edib. Lakin 28 yaşlı sahibkar görüntülərin səhifəyə istifadəçilər tərəfindən göndərildiyini bildirib.

Samir


Müəllif: