6 Aprel 2015 23:14
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya prezidenti Miloş Zeman mayın 9-da Qələbə günü ilə əlaqədar Moskvada keçiriləcək paradda iştirak etmək niyyətini bildirdiyinə görə onu tənqid etmiş ABŞ səfirini öz iqamətgahında bir daha görmək istəmədiyini bəyan edib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə Çexiya prezidentinin mətbuat katibi açıqlama verib: “Təssəvvürümə belə gətirə bilmərəm ki, Vaşinqtondakı Çexiya səfiri ABŞ prezidentinə hara səfər etməyi barədə məsləhətlər versin”.

Ancaq bildirilir ki, Zeman ABŞ səfirilə görüşməyi planlaşdırmasa da, bu, o demək deyil ki, diplomat prezident iqamətgahında keçiriləcək tədbirlərə buraxılmayacaq.

ABŞ səfirliyi hələlik Çexiya prezidentinin dediklərini şərh etməyib.

Samir


Müəllif:

Oxşar xəbərlər