7 Aprel 2015 15:55
2 743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində Yuan adlı gəncin düşdüyü yol qəzası, onun eyni vaxtda bir çox qadınla münasibətdə olduğunu ortaya çıxarıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, sevgililərini aylardır eyni anda "idarə edən" gəncin sirrini həkimlər açıb. Onun qəzaya düşməsi haqqında yaxınlarına məlumat vermək istəyən həkimlər Yunanın telefonunda qeyd etdiyi nömrələrə zəng edib.


Yuanın vəziyyətin haqqında məlumat almaq istəyən 17 sevgilisi xəstəxanaya gəlib.


Hətta xəstəxanaya gələn sevgililərindən birinin ondan uşağı da var.


Yuanla yarım ildir birlikdə olduğunu deyən Xiao Li adlı qadın isə xəbəri alanda çox qorxduğunu bildirib.
"Amma onu görməyə gələn qadınların sayı artdıqca göz yaşlarım kəsildi", - Xiao Li deyib.


Xiao Li digər sevgililərinin Yuana maddi dəstək verdiyini, birinin təxminən 9 ildir onunla əlaqəsinin olduğunu söyləyib.


Digər qadın isə onunla yaxın zamanda evlənməyi planlaşdırdıqlarını bildirib.


Yuanın “qurbanı” olan qadınlar sirlərini bölüşmək üçün Facebook-da qrup yaradıblar.

Hadisə Çində sosial mediada da böyük əks-səda doğurub. Yazılan minlərlə şərh arasında Yuanı tənqid edənlər olduğu kimi, "eyni anda bir çox qadını idarə etməyi" bacarığına görə ona heyran qalanlar da olub. Bəziləri isə şübhələnmədikləri üçün qadınları günahlandırıblar.

Rüstəm


Müəllif: