Əfqanıstanın şərqində Nangarhar vilayətinin mərkəzi olan Celalabad şəhərində NATO və əfqan təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşanıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 1 əfqan əsgərinin öldüyü, 8 NATO hərbçisinin isə yaralandığı bildirilib. Məsələ ilə bağlı vilayət polis rəisi Fəzl Əhməd Şirzad açıqlama verib.
İnsidentin səbəbləri araşdırılır.
Samir