14 Aprel 2015 18:47
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mühafizəkarlar Partiyası bir ay sonra keçiriləcək ümumi seçkilərdə səs çoxluğu qazanarsa, İngiltərənin Avropa İttifaqı üzvlüyündən çıxma məsələsini 2017-ci ildə xalq referendumuna buraxacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, immiqrant əleyhinə siyasət yürütdüyü üçün Avropa İttifaqından çıxmaq istəməsi İngiltərənin iqtisadiyyatına da mənfi təsir göstərəcəyi proqnozları səslənir. Bu fikir iş dünyasında qeyri-müəyyən bir narahatlıq yaradıb.

İngiltərədə aparılmış sorğuya əsasən iş adamlarının 76 faizi ölkənin Avropa İttifaqından ayrılmağını iqtisadiyyat üçün məqbul saymırlar. Sorğu iştirakçılarının 56 faizi isə bu ayrılmanın öz müəssisələrinə zərər verəcəyini düşünürlər.

Samir


Müəllif:

Oxşar xəbərlər