Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) Avropa Parlamentinin 1915-ci il hadisələri ilə bağlı qərarını pisləyir.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu CHP lideri Kamal Kılıçdaroğlu deyib.
Onun sözlərinə görə, bu bəyanat Türkiyəyə qarşı qəbuledilməzdir.
Qeyd edək ki, daha əvvəl Türkiyə hakimiyyəti ölkə müxalifətinin bu qərara reaksiya vermədiyini bəyan edib.