Rusiyanın Çeçenistan Muxtar Respublikasının rəhbəri Ramzan Kadırov xüsusi fərman imzalayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Canbulata Dadayevin ölümünü şərh edən Kadırov bölgədə keçirilən hər hansı əməliyyatın yerli hakimiyyət ilə razılaşdırılmalı olduğunu deyib. Onun sözlərinə görə, əks halda razılaşdırılmamış təşkil olunan əməliyyatıların iştirakçılarına atəş açılacaq.
Qeyd edək ki, Çeçenistan istintaq orqanları Dadayevin ölümü ilə bağlı cinayət işi qaldırıb.
Samir