27 Aprel 2015 12:44
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehrana qarşı sanksiyalar İranın nüvə proqramına dair sazişin qüvvəyə minməsi ilə eyni vaxtda ləğv edilməlidir”.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, aprelin 2-də Lozannada baş tutan danışıqlarda bununla bağlı razılıq əldə edilib.

Nazir həmçinin, ABŞ Senatının beynəlxalq əlaqələr komitəsi tərəfindən qəbul edilmiş “2015-ci ildə İranın nüvə proqramına dair sazişin məzmunu” adlı qanun layihəsi ilə bağlı ölkəsinin Vaşinqtondan izahat gözlədiyini deyib: “Biz Amerikadan daxili fikir ayrılıqları və bunun İranın nüvə proqramı üzrə gələcək sazişin həyata keçirilməsinə təsiri ilə bağlı dəqiq izahat gözləyirik”.

Zərif qeyd edib ki, daxili problemlər qəbul olunmuş qərarın icrasına əngəl törətməməlidir: “ABŞ hökuməti ölkə tərəfindən imzalanmış hər bir müqavilənin həyata keçirilməsinə görə məsuliyyət daşıyır. Beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkənin daxili problemləri ABŞ-ı müqavilələrin icrasından azad etmir. Bu cür problemlərin bizə aidiyyatı yoxdur”.

Samir


Müəllif:

Oxşar xəbərlər