27 Aprel 2015 22:16
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sudan prezidenti Omar al Bashir yenidən seçkilərdə qəti qələbə qazanıb.

Mərkəzi seçki komissiyasının aprelin 27-də verdiyi məlumatına görə,o aprelin 13-də başlayan prezident seçkisində 94,05 faiz səs toplayıb. 71 yaşlı Bashir 13 çox az tanınan rəqiblə mübarizə aparıb və əsas müxalifət seçkini baykot edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi onun həbsinə order verib. Bashir Darfur regionunda soyqırım törətməkdə və digər cinayətlərdə ittiham olunur.

Amma Bashir ittihamları rədd edir.

Tənqidçilər onu Kütləvi İnformasiya Vasitələri, vətəndaş cəmiyyəti və müxalifətdə olan siyasətçilərlə haq-hesab çəkməkdə ittiham edir.

Bashir 25 ildir ki, hakimiyyətdədir.


Müəllif:

Oxşar xəbərlər