28 Aprel 2015 14:01
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güclü zəlzələdən sonra Nepalda ölənlərin sayının 4500-ə çatdığı bildirilib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 8235 nəfərin xəsarət aldığı açıqlanıb. Yerli polisin məlumatına görə, təkcə Nepalın paytaxtı Katmanduda 1039 sakin həlak olub. Rəsmilər dağıntılar altında yüzlərlə cəsədin qaldığını iddia edirlər.

Qeyd edək ki, aprelin 25-də baş verən zəlzələnin gücü rixter cədvəli üzrə 7,9 bal göstərilib. Hadisədən 8 milyon insanın zərər gördüyü vurğulanıb.

Samir


Müəllif: