Amerikalıların əksəriyyəti gələn il ölkədə keçiriləcək prezident seçkilərinə namizəd kimi qatılmaq niyyətini bəyan edən keçmiş dövlət katibi Hillari Klintona inanmır.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu qənaət ABŞ-da keçirilən sorğunun nəticələri açıqlanarkən ortaya çıxıb.
Sorğunun nəticələrinə əsasən, amerikalıların 61 faizi Klintonun layiqli namizəd olmadığını və seçkilərdə onu dəstəkləməyəcəklərini bildiriblər. Onlar bunu Klintonun dövlət katibi olduğu zaman gördüyü işlərlə əsaslandırıblar.
Qalan 39 faiz respondent isə Klintona müsbət yanaşdıqlarını qeyd ediblər.
Xatırladaq ki, ekspertlər Klintonu ABŞ-dakı seçki yarışının gizli favoriti hesab ediblər.
Samir