3 May 2015 10:14
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin mətbuatda ekstremist çağırışlarına görə cəzanın sərtləşdirilməsi haqqında fərman imzalayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ekstremist çağırışlarına görə cərimənin məbləği 1 mln rubladək (20 400 AZN) artırılıb.

Qeyd olunan qanun Rusiya Dövlət Duması tərəfindən aprelin 24-də qəbul olunub və Federasiya Şurası tərəfindən aprelin 29-da dəstəklənib.

Qanuna əsasən, cərimələrin tətbiqi ekstremist materiallarının hazırlanması, saxlanılması və kütləvi yayılması hallarda nəzərdə tutulub. Dəyişiklikdən əvvəl cərimənin məbləği 100 min rubl olub. Cərimənin minimal məbləği 50 min rubldan 100 min rubladək artırılıb.


Müəllif:

Oxşar xəbərlər