15 May 2015 21:23
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalın şimalında - Çinlə sərhəddə ABŞ-ın itmiş hərbi helikopterinin qalıqları tapılıb. Bu barədə France Presse agentliyi məlumat yayıb.

Helikopterin göyərtəsində 6 amerikalı dəniz piyadası və 2 nepallı olub. Nepalın müdafiə naziri İşvori Prasad Paydal onların hamısının həlak olduğunu deyib.

Bir qədər əvvəl Çarikot şəhəri rayonunda zəlzələdən zərər çəkən əhaliyə kömək göstərmək üçün uçuş həyata keçirən ABŞ silahlı qüvvələrinə məxsus UH-1Y tipli helikopterlə əlaqənin kəsildiyi bildirilirdi.

Nepalda dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasına kömək üçün göndərilən 300 amerikalı hərbçi yerləşir. Onların sərəncamında bir neçə yüngül helikopter və hərbi-nəqliyyat təyyarəsi var.


Müəllif: