Rusiya Beynəlxalq Silah Ticarəti müqaviləsini qəbul etməyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin silah alveri və nəzarəti departamentinin direktoru Mixail Ulyanov açıqlama verib.
O, ölkəsinin bu müqaviləyə qatılmayacağını bildirib: “Bu müqavilədə iştirak etməməklə qərarı verdik. Müqaviləni qiymətləndirmişik və şərtlərinin qəbuledilməz olduğunu gördük. Yaxın 20 və ya 30 ildə belə bir müqaviləyə ehtiyacımız olmayacaq”.
Qeyd edək ki, Beynəlxalq Silah Ticarət Müqaviləsi 2013-cü ilin aprelin 2-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində səs çoxluğu ilə qəbul edilib.
Samir