27 May 2015 22:10
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın xarici işlər naziri Valid al-Muallem bildirib ki, Dəməşq İslam Dövləti qrupu ilə mübarizədə Bağdadla əlaqələrin daha çox koordinasiya edilməsini istəyir.

O belə bir bəyanatla mayın 27-də Dəməşqdə ermənistanlı həmkarı , Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

O həmçinin Rusiya ilə İranın Suriyaya böyük dəstək göstərdiklərini bildirib.

Nalbandian Suriyaya səfəri zamanı prezident Bəşər Əsədlə görüşüb.

O bundan əvvəl isə Livanda olub.

2011-ci il - Suriya münaqişəsinin başlanmasından bu yana Suriyadan Livan və Ermənistana minlərlə etnik erməni qaçıb.


Müəllif:

Oxşar xəbərlər