“Biz Suriyanın paytaxtı Dəməşqi tutmağa hazırıq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Əl Qaidənin Suriya qanadı olan Nusra Cəbhəsi təşkilatının lideri Əbu Məhəmməd əl Qolani çıxış edib. Onun sözlərinə görə, təşkilatın qarşısına qoyulan əsas məqsəd Dəməşqdəki rejimin məhv edilməsidir. Qolani Bəşər Əsədi istənilən yolla məhv etməyə hazır olduqlarını bildirib.