29 May 2015 09:22
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı üzvlüyü məsələsini 2017-ci ildə referenduma çıxarmağa çalışan İngiltərə Baş naziri Devid Kemeron Fransa prezidenti Fransua Olland ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, liderlər terror, iqlim dəyişikliyiylə mübarizə və Avropa İttifaqı mövzularında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Franda prezidenti İngiltərənin İttifaqda qalmasının həm İngiltərə, həm də ingilis xalqı üçün daha yaxşı olacağını söyləyib.

Kemeron isə Avropa İttifaqını qəlibləşmiş quruluşa bənzədib: “Fransanın prioriteti avro bölgəsini gücləndirmək, mənimki isə İngiltərə xalqının narahatlığını aradan qaldırmaqdır. Avropa İttifaqında dəyişiklik olarsa, bu təkcə İngiltərə üçün deyil, bütün Avropa üçün faydalı olacaq”.

Qeyd edək ki, İngiltərə 1973-ci ildən üzvü olduğu Avropa İttifaqının sərhədlərinin nəzarətsiz olmamasını, sərbəst keçid və köçə məhdudiyyət qoyulmasını istəyir.

Samir


Müəllif:

Oxşar xəbərlər