30 May 2015 21:51
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Səudiyyə Ərəbistanının Demmam şəhərindəki məscidə edilən hücumu pisləyib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Afham açıqlama verib.

Onun sözlərinə görə, bu cür hadisələrin qarşısının alınması üçün bütün imkanların səfərbər edilməsi vacibdir.

Afham ötən həftə də Kadih şəhərində oxşar hücumun törədildiyini və hücum zamanı 21 nəfərin öldüyünü xatırladıb.

Qeyd edək ki, 4 nəfərin ölümünə və onlarla insanın xəsarət almasına səbəb olan hücumf görə məsuliyyəti İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı öz üzərinə götürüb.

Samir


Müəllif:

Oxşar xəbərlər