3 İyun 2015 01:49
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya aviasiyası tarixində ilk dəfə Yerətrafı səyahətə çıxmış Günəş batareyalı Solar İmpulse 2 (Si2) təyyarəsi Yaponiyanın Naqoya şəhərində məcburi eniş edəcək.

Bu barədə layihənin rəsmi saytında məlumat verilir. Məlumatda qeyd edilir ki, Havay adaları istiqamətində hava şəraiti pisləşdiyinə görə Naqoyada məcburi eniş barədə qərar qəbul olunub.

Günəş batareyaları ilə işləyən təyyarə martın 9-da Əbu-Dabidən havaya qalxıb. İndiyədək təyyarə Oman, Hindistan, Myanma və Çin də daxil olmaqla, altı yerdə eniş edib. Si2 təyyarəsinin qanadlarının ümumi uzunluğu 72 metr, çəkisi 2,35 tondur. Fyüzelyajın və qanadların üzərində yerləşən 17 min litium batareya dörd elektrik motorunu işə salır. Batareyaların gündüz vaxtı topladığı enerji gecə də uçmağa imkan yaradır.

Yerətrafı səyahətin bu ilin avqust-sentyabr aylarında Əbu-Dabidə başa çatdırılması planlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər