İsveç vətəndaşı Bherlin Qildo İngiltərədə Suriyada teror aktlarında iştirak etdiyinə görə həbs edilib.
Teleqraf.com Türkiyə mətbuata istinadən xəbər verir ki, 37 yaşlı Qildonun vəkili İngiltərə kəşfiyyatının da həmin terror qruplarını dəstəklədiyini dəyərək müvəkkilini müdafiə edib. Vəkil İngiltərə hökümətinin Əsədə qarşı mübarizə aparan qruplara kömək etdiyini bildirib. O, Qildonun mühakimə olunmasını "ikiüzlülük" adlandırıb.
Bherli Qildo Əl-Qaidənin Suriya qolu olan Əl Nusra Cəbhəsində döyüşüb. Bir müddətdən sonra peşman olan Qildo əvvəlcə Türkiyəyə gəlib. Buradan isə İsveç Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə əlaqə saxlayaraq ölkəsinə qayıdıb.
Qeyd edək ki, İsveçdə ölkə xaricində yaraqlıların təlimlərində iştirak etmək cinayət sayılmır.
Rüstəm