Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Hələb və İdlibi bombalayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqqları Təşkilatı açıqlama verib. Bildirilir ki, hücumlar zamanı çoxu uşaq olmaqla 37 nəfər həyatını itirib.
Təşkilat verdiyi məlumatda BMT-nin Əsəd rejiminin kimyəvi silahlardan istifadəsi ilə bağlı təcili tədbirlər görməyə çağırıb.
Samir