“Sony” şirkəti problemli mobil biznes bölməsinin yenidən təşkili prosesini davam etdirərək bu dəfə iş yerlərini mǝhdud etmǝk qərarına gəlib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Sony” şirkəti problemli mobil biznes bölməsinin yenidən təşkili prosesini davam etdirərək bu dəfə iş yerlərini mǝhdud etmǝk qərarına gəlib.
Qǝrara görǝ, “Sony Mobile” bölməsinin İsveç nümayəndəliyindən 575 ştatda olan əməkdaş və müqavilə əsasında çalışan 400 nəfər işdən çıxarılıb. Belǝliklǝ yerli ofisin əməkdaşlarının sayı iki dəfə azalıb.
Yaponiya istehsalçısı nümayəndəlikdə ixtisarların aparılmasını təsdiq edərək bildirib ki, bu qǝrar 2015-ci ilin fevralında elan olunan kadr islahatlarının tərkib hissəsidir.
Qeyd edǝk ki, “Sony” martın 31-də başa çatan 2014-2015-ci maliyyə ilini 1 mlrd. dollarlıq itki ilə başa vurub.
Rüstəm