18 İyun 2015 08:17
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komisiyasının rəhbəri Jean-Claude Juncker Yunanıstanın baş naziri Alexis Tsiprası xarici kreditçilərlə danışıqların gedişi barədə yalan məlumat yaymaqda ittiham edib.

Tsipras Avropa Mərkəzi Bankı və Avropa Birliyini yunan xalqını alçaltmaq istəməkdə ittiham edib və Beynəlxalq Valyita Fondunun xadimlərini cinayətkarlar adlandırıb.

Baş nazir onun rəhbərlik etdiyi koalisiyanın üzvlərinə bildirib ki, kreditçilər pensiyaların ixtisar edilməsini, vergilərin isə artırılmasını tələb edirlər ki, bu az gəlirli Yunanıstan vətəndaşlarına zərbədir.

Avropa komissiyasının rəhbəri Juncker isə bildirib ki, elektrik enerjisi və dərman məshullarına görə verginin artırılmasına qarşıdır.

O Yunanıstan hökumətini ölkə vətəndaşları arasında yalan məlumat yaymaqda günahlandırıb.

Ağır iqtisadi böhranla üzləşən Yunanıstan hazırda Avropa Birliyi ilə ölkəyə ayrılmış kreditin şərtlərini müzakirə edir.


Müəllif:

Oxşar xəbərlər