22 İyun 2015 08:22
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın ən böyük bankının rəhbəri bildirib ki, ölkənin borcları ilə bağlı bazar ertəsi keçiriləcək fövqəladə görüş zamanı razılığın əldə olunmaması “dəlilik” olar.

Yunanıstanın baş naziri Alexis Tsipras digər 18 avrozona dövlət başçıları ilə Brüsseldə keçiriləcək sammitdə görüşəcək.

Yunanıstan Milli Bankının rəhbəri Louka Katseli BBC-yə bildirib ki, banklarda pulun dərhal tükənməsi təhlükəsi yoxdur.Lakin o bildirib ki, vəziyyət ciddidir və razılıq əldə edilməzsə, daha da pisləşə bilər.

Bundan əvvəl cənab Tsipras, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Francois Hollande və Aİ Komissiyasının prezidenti Jean-Claude Juncker-lə görüşü zamanı razılıq üçün Yunanıstanın təklifini təqdim etmişdi.

“Baş nazir üç liderlə görüşü zamanı Yunanıstanın, hər iki tərəfə sərfəli, təklifini təqdim edib və bu təklif, məsələnin qəti həll imkanını yaradır,” cənab Tsipras-ın ofisindən bildirilib.


Müəllif:

Oxşar xəbərlər